Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: “Banklar əhalinin hesabına mənfəət əldə etmək istəyir”

© Facebook/ Azer MehtiyevAzər Mehtiyev
Azər Mehtiyev - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Mehtiyev: “Amerika iqtisadiyyatında qeyri-müəyyənlik mövcuddur”

Azər Mehtiyev: “Uçot dərəcəsinin saxlanılmasını mövcud şərtlər tələb edir”
İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Amerika iqtisadiyyatında Trampın seçilməsindən sonra qeyri-müəyyənlik mövcuddur: “Ola bilsin ki, bu dəfə uçot dərəcəsi əvvəlki səviyyədə saxlanılsın. Uçot dərəcəsinin qaldırılması üçün hələ ki, real şərait yoxur. Ancaq bundan asılı olmayaraq Azərbaycanda dolların qalxıb-enməsi qeyri-iqtisadi vəziyyət yaradıb. İndiki vəziyyətin hansısa iqtisadi bazadan qaynaqlandığını söyləmək düzgün deyil. Əgər ölkədə keçirilən hərraclarda dollara olan tələbat kifayət qədər ödənilmirsə bu manatın məzənnəsinin düşməsini tələb edir”.

“Kommersiya bankları müəyyən manipulyasiyalar həyata keçirməklə insanların gözləntilərini fərqli istiqamətə yönləndirib əllərindəki dolları satmağa məcbur etməyə çalışırlar. İndiki halda banklar əhalinin hesabına mənfəət əldə etmək istəyirlər. Ümumiyyətlə ötən il bank sistemimizin gəlirlərinin formalaşmasında məhz valyuta manipulyasiyaları önəmli rol oynayıb. Kommersiya banklarının həyata keçirdiyi fəaliyyətlər real iqtisadi proseslərə uyğun deyil” — deyə o bildirib.

Xəbər lenti
0