Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: "Azərbaycanda dərsliklər beynəlxalq standartlara cavab vermir"

© Photo : APAKamran Əsədov, təhsil üzrə ekspert
Kamran Əsədov, təhsil üzrə ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əsədov: "Əvvəlki illərdə dərsliklərin qiymətləndirilməsində obyektivlik yox idi"

Kamran Əsədov: “Dünya təcrübəsində dərslikləri nəşriyyatlar yazmırlar”
Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları dəyişdirilib.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbaycanda hələ də dərslik institutları fəaliyyət göstərmir: “Bir mərkəz tərəfindən dərsliklərin qiymətləndirlməsini həyata keçirmək dünya təcrübəsində qəbul olunan mexanizm deyil. Əvvəlki illərdə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi şöbəsində obyektivlik yox idi. Amma son 3 ildə yaradılan komandaya müdaxilə etmək mümkün deyil, onlar obyektiv əsaslarla qiymətləndirməni həyata keçirirlər”.

“Dünya təcrübəsində dərslikləri nəşriyyatlar yazmırlar, dərslik institutları olur və orada uzun müddət təcrübəyə malik müəlliflər tərəfindən dərsliklər yazılır. Bu gün Azərbaycan dərsliklərinin heç biri beynəlxalq standartlara cavab vermir. Bizim dərsliklərin informasiya yükü çoxdur. Orta ümumtəhsil məktəblərində istifadə olunan dərsliklər mütləq şəkildə Dövlət İmtahan Mərkəzi tərəfindən yoxlanılmalıdır” — deyə o bildirib. 

Xəbər lenti
0