Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur cütlük jurnalistlərin önündə mübahisə etdi

© Photo : PUBLIC DOMAINÖmür Gedik və Fərhat Göçər
Ömür Gedik və Fərhat Göçər - Sputnik Azərbaycan
Abunə olmaq
Fərhat Göçərin müğənni sevgilisini döydüyü iddia olunub

BAKI, 4 mart — Sputnik. Müğənni cütlük Ömür Gedik ilə Fərhat Göçər jurnalistlərin önündə mübahisə edib. Buna səbəb Ömür Gediyin jurnalistlərə sevgilisi Fərhadın onu döydüyünü deməsi olub.

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, qızı Tayqanın 22-ci yaşını qeyd edəndən sonra sevgilisi Fərhat Göçərlə görüşən Ömür Gediyin dodağındakı yara jurnalistlərin diqqətindən qaçmayıb. Müxbirlərin müğənniyə "bunu kim edib" sualına Gedik "Fərhat edib, o, məni döyüb" deyə cavab verib.

Buna qəzəblənən Fərhat Göçər jurnalistlərə və sevgilisinə "Nə döymək? Yalan danışır. Əsl qadınlar çox danışaraq döyür kişiləri" cavabını verib. Daha sonra aydın olub ki, Ömür Gedik Fərhatın onu vurmasını zarafatla deyib: "Vakumlu masaja görə dodağım yara alıb. Zarafat edirdim".

Xəbər lenti
0