Kondisioneri əvəz edəcək geyim hazırlanır

© Sputnik / Александр Вильф / Mediabanka keçidİsti hava
İsti hava - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Britaniya alimləri "geyim-soyuducu" hazırlayırlar

BAKI, 5 mart — Sputnik. Böyük Britaniya alimləri "geyim-soyuducu"nun yaradılması üzərində işləyirlər. Ekspertlərin fikrincə, bu, kondisioneri əvəz edə biləcək.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, "geyim-soyuducu" xüsusi liflər və polietilendən ibarət olacaq. Bunun sayəsində geyim güclü istidə belə insan orqanizmini soyuq saxlamağa imkan verəcək.

Həmçinin orqanizmi ətraf mühitin bütün mümkün təsirlərindən qoruyacaq. Alimlər bildiriblər ki, geyim "rahat nəfəs" alacaq, havanı 90 faizədək keçirə biləcək. Geyim üçün nəzərdə tutulan parçanın istehsalı nisbətən ucuz başa gələcək, çünki xammal kimi emal edilmiş plastikdən istifadə olunacaq.

Xəbər lenti
0