Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Xərçəngə qarşı savaşacaq "əsgərlər" hazırlanır

© Photo : PUBLIC DOMAINNanorobot
Nanorobot - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda alimlər nanorobotlar vasitəsilə xərçəngə qarşı mübarizə aparan radioaktiv nüvələri şişlərin içinə yerləşdirməyə çalışırlar

BAKI, 4 mart — Sputnik. Alimlər illərdir həssas əməliyyatlarda istifadə etmək üçün robot texnologiyasını inkişaf etdirməyə çalışırlar. Son zamanlar robotların köməyi ilə ən çətin xəstəliklərin qarşısını almaq mümkün olub. Hazırda tədqiqatçılar nanotexnologiyalar sayəsində xərçəngə qarşı mübarizə aparan mikroskopik robotlar hazırlamağa başlayıblar.

Aspirin həbləri - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bu həb xərçəngin qarşısını alır

AZƏRTAC "Science Robotics" jurnalına istinadla xəbər verir ki, "Phillips Innovative Technologies" laboratoriyasında hazırlanan bu nanorobotlar tibb sahəsində indiyədək mümkün olmayan müalicə üsullarına yol açacaq. Robotlar maqnetik sahə ilə uzaqdan idarə ediləcək.

Əvvəllər hazırlanan robotlara fərqli proseslər üçün yeganə bir siqnalla nəzarət etmək mümkün deyildi. Yeni kəşf edilən texnologiya sayəsində isə nanorobotlar mürəkkəb vəzifələri yerinə yetirməkdə heç bir çətinlik çəkmirlər.

Hazırda alimlər nanorobotlar vasitəsilə xərçəngə qarşı mübarizə aparan radioaktiv nüvələri şişlərin içinə yerləşdirməyə çalışırlar. Əgər müsbət nəticə əldə edilsə, çox az yan təsirlə bir çox xərçəng növünün müalicəsi mümkün olacaq.

Xəbər lenti
0