BAKI, 4 mart — Sputnik. 1925-ci il martın 4-də məşhur fransız bəstəkarı, aranjemançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Moria lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.
Azərbaycan musiqisevərləri Morianı İlyas Əfəndiyevin "Mənim günahım" teletamaşasında səslənən "Sympathy" kompoziyasına görə tanıya bilərlər.
SSRİ dövründə Morianın kompozisiyaları ictimai-siyasi və elmi-kütləvi verilişlərin fon musiqisi olurdu. Belə verilişlərə "Heyvanlar aləmində", "Kinopanorama", "Zaman"ı aid etmək olar.
Onun məşhur bəstəkar Frank Pursellə əməkdaşlığı 70-80-ci illər qərb kinosunda eşitdiyimiz bir çox unudulmaz musiqilərin yaranmasına səbəb olub.
Moria populyar "Emanuel" filminin musiqisinin də müəllifidir.