ELM

Mikrofonun yaradıldığı gün

© Sputnik / Murad OrujovПресс-центр агентства Sputnik Азербайджан
Пресс-центр агентства Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Mikrofonun ixtirasından 140 il keçir

BAKI, 4 mart — Sputnik. 1877-ci il martın 4-də amerikalı ixtiraçı Emil Berliner mikrofonu yaradıb. Oxşar qurğunu 1876-cı ildə Aleksandr Bell yaratmışdı və adı maye (və ya kondensator) ötürücü adlanırdı. Maye ötürücü Filadelfiyada sərgidə nümayiş olunanda onu görən Berliner daha yaxşı qurğu düzəltmək qərarına gəlmişdi. 

Berliner ötürülən səsləri təmizləyərək gücləndirdi və yeni tipli ötürücünü kəşf etmiş oldu. O, öz ixtirasına "mikrofon" adını verdi. Bu ixtiranın sayəsində telefon adi texniki yenilik olmaqdan çıxaraq böyük məsafələrə səs ötürə bilən effektiv rabitə vasitəsinə çevrildi. 

Bundan xəbər tutan Aleksandr Bell Emil Berlineri məhkəməyə verir, lakin uduzur. Onda Bell digər üsula əl atır. O, Berlinerə verilən patenti 50 min dollara alır. Berliner özü isə Bell Telephone Company-də telefon texnikası üzrə baş mütəxəssis vəzifəsinə daimi iş yerinə götürülür. 

Xəbər lenti
0