BAKI, 4 mart — Sputnik. Türkiyədə Xalqların Demokratik Partiyasından olan (HDP) millət vəkili Osman Baydəmir, İraqın şimalında Kürdüstan Muxtariyyəti əsgərləri (Peşmərgə) ilə PKK döyüşçüləri arasında davam edən atışmaya sərt reaksiya göstərib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.
"Kürdlərin bir-birlərini öldürməsi qəbuledilməzdir. Bu, ancaq Ankara və Tehranın işinə yarayır. Kürdləri birliyə çağırıram" — deyə Osman Baydəmir bildirib.