İlk dəfə süni rüşeym yaradıldı

© Sputnik / Yakov Andreyev / Mediabanka keçidLaboratoriya şəraitində elmi təcrübə, arxiv şəkli
Laboratoriya şəraitində elmi təcrübə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq

BAKI, 4 mart — Sputnik. Böyük Britaniyanın Kembric Universitetinin alimləri dünyada ilk dəfə süni siçan rüşeymi yaratmağa müvafiq olublar. Əldə olunan rüşeym bu istiqamətdə aparılan təcrübələrin ilk uğurlu nəticəsidir.

Həkimlər, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Süni insan orqanlarının istehsalına başlanır

AZƏRTAC Zdorovye mail.ru saytına istinadla xəbər verir ki, tədqiqatlarda rüşeym və cift kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr xüsusi texnika vasitəsilə qarışdırılaraq üç ölçülü siçan embrionu çərçivəsinə yerləşdirilib və dörd gün ərzində bətndaxili şəraiti özündə əks etdirən qidalandırıcı məhlulun içində saxlanılıb. Bu zaman ərzində hüceyrələr əsl rüşeymə oxşar struktur formalaşdırıb.

Mütəxəssislər bildiriblər ki, əldə olunmuş süni rüşeymlər vasitəsilə insan ömrünün ilkin mərhələsi və erkən düşüklərin səbəblərini daha yaxşı öyrənmək mümkün olacaq. Süni rüşeym yaratmaq istiqamətində edilən öncəki cəhdlər hüceyrələrin çərçivə daxilində düzgün yerləşməməsi səbəbindən uğursuz olub.

Xəbər lenti
0