Havanın qeyri-sabit keçəcəyinə dair xəbərdarlıq edildi

© Sputnik / Leyla AbdullayevaQubada qar
Qubada qar - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

BAKI, 4 mart — Sputnik. Bakı və Abşeron yarımadasında martın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər yarımadanın bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclü olacaq.

Qarlı Bakı: hava sürprizlərini davan etdirir - Sputnik Azərbaycan
Xəbərdarlıq gəldi: qar geri qayıdır

Havanın temperaturunun gecə 4-6° isti, gündüz 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı gözlənilir.

Xəbər lenti
0