Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dolların taleyi ilə bağlı qərarsızlıq: iki qurum üz-üzə gəlib

Abunə olmaq
Ağ Ev dolların ucuzlaşmasında, FED isə bahalaşmasında maraqlıdır

BAKI, 4 mart — Sputnik. ABŞ Federal Ehtiyat Sistemi (FED) martın 14-15-də keçirəcəyi toplantısında uçot dərəcəsini qaldıracaqmı? Məsələ ilə əlaqədar Sputnik Azərbaycan-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ABŞ-da dolların məzənnəsi ilə bağlı 2 yanaşma mövcuddur.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

"Ağ Ev dolların ucuzlaşmasında, FED isə bahalaşmasında maraqlıdır. Ağ Ev dolları ucuzlaşdırmaqla Amerikanın ixrac qabiliyyətini artırmaq istəyir. Çini, hətta Avropa İttifaqı ölkələrini qlobal, eləcə də ABŞ bazarında sıxışdırmağa çalışır. Amma FED birmənalı şəkildə dolların bahalaşmasında maraqlı olduğunu nümayiş etdirir" — Bayramov bildirib.

İqtisadçının fikrincə, bu kontekstdən çıxış etdikdə, FED-in hansı qərar verəcəyini proqnozlaşdırmaq çətindir: "Çünki FED-in müstəqil qurum olmasına baxmayaraq, ona Ağ Evin də təsiri var. FED proqnozlarına sadiq qalarsa, 2017-ci ildə uçot dərəcəsini qaldıracaq. Bunun hansı ayda olacağını söyləmək isə çətindir. Çünki Ağ Evin dolların məzənnəsi ilə bağlı baxışı fərqlidir".

"Amma FED uçot dərəcəsini artırmaqda daha maraqlıdır. O baxımdan mart toplantısı göstərəcək ki, Ağ Evin FED-ə, eləcə də uçot dərəcəsinin dəyişilməsinə təsirləri necədir" — deyə o, əlavə edib.

İqtisadçı-ekspert Azər Mehtiyev isə Sputnik Azərbaycan-a açıqlamasında FED-in uçot dərəcəsini mart toplantısında qaldırmayacağını deyib: "Ona görə ki, Donald Trampın seçilməsindən sonra Amerika iqtisadiyyatında qeyri-müəyyənlik mövcuddur. Bu şəraitdə uçot dərəcəsinin qaldırılması üçün hələlik real imkan görünmür. Ola bilər ki, bu dəfə uçot dərəcəsi əvvəlki səviyyədə saxlanılsın. Mövcud şərtlər bunu tələb edir".

© Facebook/ Azer MehtiyevAzər Mehtiyev
Azər Mehtiyev - Sputnik Azərbaycan
Azər Mehtiyev

Ekspertin sözlərinə görə, FED il ərzində uçot dərəcəsini qaldıracaq: "Son illər Amerika iqtisadiyyatında kifayət qədər inkişaf prosesləri baş verib, əvvəlki böhranlar aradan qaldırılıb. Eyni zamanda, Tramp hakimiyyəti ölkə daxilində iqtisadiyyatın gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Bu baxımdan uçot dərəcəsinin qaldırılmasını gözləmək mümkündür".

O, qeyd edib ki, Tramp dəfələrlə bir qədər fərqli siyasət aparacağını bəyan edib: "Yəni, dolları ucuzlaşdırma siyasəti həyata keçirəcəyini bəyan edib. Ancaq bu qərarı FED verir. Ölkə iqtisadiyyatındakı reallıqları nəzərə alaraq ən azından il ərzində uçot dərəcəsinin qalxmasını gözləmək mümkündür".

Qeyd edək ki, FED-in uçot dərəcəsini mart ayında keçirəcəyi iclasında artırması ehtimalı 80 faizə yüksəlib.

Xəbər lenti
0