"Almaniya terrora dəstəkdən mühakimə olunmalıdır"

© Photo : www.nspm.rsAlmaniya Bundestaqının iclası. Arxiv şəkli
Almaniya Bundestaqının iclası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: "Bu gün Almaniyada yüzlərlə PKK terrorçusu rahat dolaşır, sərbəst mitinqlər keçirə bilir. Amma nazirlərimizi oradakı türk vətəndaşları ilə görüşdürmürlər".

BAKI, 4 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanı terrora dəstək verməkdə təqsirləndirib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.

"Terrora necə dəstək verdiyinizi, hansı yollarla bunu etdiyinizi, hamısını gün üzünə çıxaracağıq. Bu gün Almaniyada yüzlərlə PKK terrorçusu rahat dolaşır, sərbəst mitinqlər keçirə bilir. Amma nazirlərimizi oradakı türk vətəndaşları ilə görüşdürmürlər. Bu anlayış necə izah edilə bilər. Almaniya terrora dəstəkdən dolayı mühakimə olunmalıdır" — deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, rəsmi Berlin Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihad Zeybəkçinin Almaniyada türk əsilli vətəndaşlarla konfrans keçirməsinə icazə verməyib.

Xəbər lenti
0