10 terrorçu edam edildi

Abunə olmaq
Onlar ölkədə böyük əks-səda doğurmuş bir sıra cinayətlərdə, o cümlədən qaçqınlar düşərgəsində xüsusi xidmət orqanlarının ofisinə hücumda təqsirləndiriliblər

BAKI, 4 mart — Sputnik. Bu gün İordaniyada terrorçuluqla əlaqədə günahkar bilinərək məhkum edilmiş on nəfər edam olunub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Məhəmməd əl-Momani açıqlama verib.

Məlumata görə, terrorçular 2016-cı ildə Krallıqda böyük əks-səda doğurmuş bir sıra cinayətlərə, o cümlədən Əl-Bakaadakı qaçqınlar düşərgəsində xüsusi xidmət orqanlarının ofisinə terror hücumuna, xristian yazıçı Nahid Hatarın öldürülməsinə, Samada ölkənin təhlükəsizlik qüvvələrinə hücuma, İordaniyanın Bağdaddakı səfirliyində terror aktına, Roma hava limanında bir qrup turistə hücuma, habelə bir sıra digər şərti cinayətlərə görə məhkum ediliblər.

Ölüm hökmü Əmmandan cənubda yerləşən həbsxanada icra olunub.

Xəbər lenti
0