CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu siqaretlərin hamısının qiyməti ucuzlaşdı

© Sputnik / Fuad HasanovMarketdə siqaret satışı
Marketdə siqaret satışı - Sputnik Azərbaycan
Abunə olmaq
Satıcılar bildirirlər ki, bugündən başlayaraq siqaretlərin topdan satışı firmalar tərəfindən plastik kartsız həyata keçirilib və qiymətlərin süni artımı aradan qaldırılıb

BAKI, 3 mart — Sputnik. Azərbaycanda siqaretlərin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, market və köşklərdə siqaretlərin satış qiyməti 8-12 % aşağı düşüb.

Satıcıların sözlərinə görə, müvafiq qanuna uyğun olaraq bugünədək siqaretlərin topdan satışı plastik kartlar vasitəsi ilə həyata keçirilirdi. Bu səbəbdən bəzi mağazalarda və köşklərdə siqaretlərin satış qiymətləri süni olaraq qaldırılmışdı. Satıcılar bildirirlər ki, bugündən başlayaraq siqaretlərin topdan satışı firmalar tərəfindən plastik kartsız həyata keçirilib və qiymətlərin süni artımı aradan qaldırılıb.

"Report" hazırda siqaretlərin satış qiymətinin siyahısını təqdim edir.

— LD (nazik qutu) — 2.30 AZN (əvvəlki satış qiyməti — 2.60 AZN)
— LD (qalın qutu) — 2.10 AZN (2.30 AZN)
— LD (compact) — 2.10 AZN (2.30 AZN)
— LD (compact) — 2.10AZN (2.30 AZN)
— Winchester (compact) — 1.80 AZN
— Winchester (qalın qutu) — 1.50 AZN
— Winston — 2.50 AZN (2.80 AZN)
— West (qalın qutu) — 1.70 AZN
— West (compact) — 2 AZN
— Sobranie — 3 AZN (3.30 AZN)
— Kent (qalın) 2.80 AZN (3 AZN)
— Kent (nazik) — 2.80 AZN (3 AZN)
— More — 1.40 AZN
— Yava — 1.40 AZN
— Viceroy (compact) — 1.80 AZN (2.10 AZN)
— Viceroy (nazik qutu) — 2.10 AZN (2.30 AZN)
— Rothmans (compact) — 2 AZN (2.30 AZN)
— Rothmans (nazik qutu) — 2.30 AZN (2.60 AZN)
— Classic (compact) — 1.80 AZN
— Classic (uzun) — 1.80 AZN
— Classic (qalın qutu) — 1.40 (1.60 AZN)
— Prima — 1.40 AZN
— P&S — 2.10 AZN (2.30 AZN).

Xəbər lenti
0