Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baş nazirin müavini oğlunu yüksək vəzifəyə təyin etdi

Aleksey Roqozin
Aleksey Roqozin - Sputnik Azərbaycan
Abunə olmaq
O, hərbi sənayenin önəmli qollarından birinə rəhbərlik edəcək

BAKI, 3 mart — Sputnik. Rusiya baş nazirinin müdafiə sənayesi sahəsinə rəhbərlik edən müavini Dmitri Roqozin öz oğlu Aleksey Roqozinə vəzifə verib. Aleksey Roqozin Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) nəqliyyat bölməsinə rəhbərlik edəcək.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu “Vedomosti” Müdafiə Sənayesi Kompleksinin top-menecerlərindən birinə və Rusiya Müdafiə Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadla xəbər verib. Məlumata görə, kiçik Roqozin Müdafiə Nazirliyinin nəzdində olan departamentin rəis müavini postunu tutacaq. 

Боксер Мохаммад Али - Sputnik Azərbaycan
Bu əfsanənin oğlunu müsəlman olduğuna görə ölkəyə buraxmadılar

Əvvəllər Aleksey Roqozin ticarət markası ORSIS olan yüksək keyfiyyətli atıcı silah istehsal edən özəl “Promtexnologiya” (Sənaye Texnologiyası — red.) şirkətinin baş direktorunun müavini işləyib. 2012–2016-cı illərdə isə o, Tula vilayətindəki Aleksinsk kimya kombinatının (partlayıcılar istehsal edən dövlət müəssisəsi — red.) baş direktoru olub. 

Bir müddət əvvəl BAK rəhbərliyinə yaxın olan top-menecerlərdən biri bildirib ki, aviasiya nəqliyyatı parkında bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsinə ehtiyac var. Nəqliyyat bölməsinin təşkili ağır İl-76, yüngül İl-112 proqramlarının, həmçinin orta və ağır nəqliyyatla bağlı layihələrin vahid mərkəzdən idarə olunması ilə əlaqədardır.  

Roqozinin qarşısında duran əsas məsələlərdən biri də BAK-ın aviasiya nəqliyyatına dair əsas müqavilələrinin uğurla yerinə yetirilməsidir. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, 2012-ci ildə bağlanmış sözügedən müqaviləyə əsasən BAK 2021-ci ilə qədər 140 milyard rubl dəyərində olan 39 ədəd İl-76MD-90A hərbi-nəqliyyat təyyarələrini istehsal etməlidir. 

Rustam Emomali - Sputnik Azərbaycan
Prezident oğluna hamının qabağında nəsihət verdi

Qeyd olunur ki, indiyə qədər Ulyanovskdakı “Aviastar-SP” zavodu 5 ədəd sözügedən aviamaşından istehsal etməyə nail olub. Onlardan daha 5-nin isə bu il hazırlanması nəzərdə tutulur. 

Roqozin özü isə oğlunun yeni posta təyinatı ilə bağlı məsələni şərh etməkdən imtina edib. 

“Biz kadr məsələlərini vəzifə təyinatı rəsmən elan olunmadıqda şərh etmirik” – deyə sözügedən korporasiyanın rəsmi nümayəndəsi bildirib. 

Xəbər lenti
0