Kürdlər arasında şiddətli döyüşlər başladı

© Photo : ntv.com.trİraqın Mosul vilayəti
İraqın Mosul vilayəti - Sputnik Azərbaycan
Abunə olmaq
İraqdakı Kürd Muxtariyyatinin rəhbərliyi PKK terror təşkilatına bağlı YBS-dən Rojava qəsəbəsini tərk etməsini istəyib

BAKI, 3 mart — Sputnik. İraqın şimalında kürd silahlı qüvvələri arasında şiddətli döyüşlər başlayıb. Sputnik Azərbaycan bu barədə Milliyet-ə istinadən xəbər verir.

Məlumata görə, İraqdakı Kürd Muxtariyyətinin rəhbərliyi PKK terror təşkilatına bağlı YBS-dən Rojava qəsəbəsini tərk etməsini istəyib. Buna qarşı çıxan YBS, mərkəzi Ərbil hökumətinə bağlı peşmərgə əsgərlərinə silah çəkib. Bunun üzərinə tərəflər arasında şiddətli döyüşlər başlayıb. Ölən və yaralananlar var.

PKK-Kandil - Sputnik Azərbaycan
“O bölgəyə kürdlər yerləşdiriləcək”

Analitiklər, kürdlər arasında yaşanan qarşıdurmanı marksist-leninçi düşüncə ilə İslami inanc sahibləri arasında bir savaş olaraq görür. Belə ki, PKK-YBS qurulduğu gündən bu yana marksist-leninçi ideologiyasını mənimsəyib. Peşmərgə ordusunun bağlı olduğu Ərbil rəhbərliyi isə İslami dəyərləri ön planda tutaraq siyasət aparır.

Başqa bir iddia isə tərəflərin hakimiyyət uğrunda mübarizə aparmasıdır.

Xəbər lenti
0