BAKI, 3 mart — Sputnik. Biləsuvar rayonu, Nərmankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 77 m2 olan köməkçi tikilinin tavanı 10 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın zamanı sayı məlum olmayan ev quşları tələf olub. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ev quşları yanaraq tələf olub
14:19 03.03.2017 (Yenilənib: 20:53 16.11.2021)
Abunə olmaq
Vətəndaşa məxsus ümumi sahəsi 77 m2 olan köməkçi tikilinin tavanı 10 m2 sahədə yanıb