CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Ordumuz daha bir zabitini itirdi

© Sputnik / Kamal AlmuradlıAzərbaycan Ordusunun zabiti Cəlal Mənsimovun dəfn mərasimi
Azərbaycan Ordusunun zabiti Cəlal Mənsimovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Cəlal Mənsimov 1978-ci il təvəllüdlüdür, Azərbaycan Silahlı Qüvvələri sıralarında 17 il idi ki, xidmət edirdi

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Martın 3-də Azərbaycan Ordusunun zabiti Cəlal Sədulla oğlu Mənsimov doğulduğu Saatlı rayonunun Mollavaizli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, hərbi qulluqçular iştirak edib. 

Qeyd edək ki, mərhumun meyiti martın 2-si axşam saatlarında ailəsinə təhvil verilib və onun xidmət zamanı ürək tutmasından vəfat etdiyi bildirilib.

Cəlal Mənsimov 1978-ci il təvəllüdlüdür, Azərbaycan Silahlı Qüvvələri sıralarında 17 il idi ki, xidmət edirdi. Üç övladı var.

Xəbər lenti
0