Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakı-Tbilisi-Qars dəmiryolunun Pakistana qədər uzadılması təklif edilir

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidГрузовые составы. Архивное фото
Грузовые составы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Əhməd Arslan: "Bu məsələ bir neçə gün əvvəl İƏT-in İslamabadda keçirilən XIII sammitində də diqqət mərkəzində olub"

BAKI, 3 mart — Sputnik. "Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatır". “Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

Onun sözlərinə görə, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması artıq başa çatır: "Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Bu məsələ bir neçə gün əvvəl İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin sammit çərçivəsində keçirdiyi görüşlərdə bütün 10 ölkənin liderləri Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan dəmiryolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər".

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.

Xəbər lenti
0