BAKI, 3 mart – Sputnik. Sosial şəbəkələrdə avtomobil həvəskarı olaraq tanınan türkiyəli Paşam Sezer illər öncə dağınıq vəziyyətdə 2 min dollara aldığı "011" markalı sovet maşınına 10 min dollar əlavə xərc çəkərək tanınmaz hala gətirib.
Avtomobili sıfırdan yenidən yığan Paşam Sezer ölkənin hər yerindən ona zənglər edildiyini və maşını almaq istəyənlərin sayının hər gün artdığını deyib.
Müştərilərdən birinin ona zəng vuraraq 70 min dollar təklif etdiyini deyən Paşam Sezer, təklifi geri çevirdiyini söyləyib.
“Bu avtomobili qızıma atasından yadigar olaraq saxlayıram. Bunu onun üçün hazırladım. Ona görə də heç bir qiymətə satmağı düşünmürəm” – P.Sezer qeyd edib.
Sputnik Azərbaycan Milliyet-ə istinadən 011 markalı həmin avtomobilin ilkin və sonrakı görüntülərini təqdim edir: