BAKI, 2 mart – Sputnik. Türkiyənin Adıyaman vilayətində 5,8 bal gücündə zəlzələ olub.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin cənub şərq vilayətləri olan Diyarbəkir, Qaziantep və Malatya bölgələrində də hiss edilib.
Ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat verilməyib.