BAKI, 2 mart – Sputnik. İsveçrənin Cenevrə şəhərində davam edən Suriya danışıqları 7-ci gününə girib. Bu gün rəsmi Dəməşq, Rusiya heyətinin iştirakı ilə Suriya müxalifətini təmsil edən nümayəndələrlə bir araya gəlib.
Sputnik-in məlumatına görə, görüşdə Rusiya tərəfini xarici işlər nazirinin müavini Gennadi Qatilov təmsil edib.
Suriyalı müxalifləri təmsil edən nümayəndə heyəti adından mətbuata açıqlama verәn Yəhya Kadamani, görüşün müsbət keçdiyini açıqlayıb: “Görüş müsbәt keçib vә Astanada verilәn tәminatların yerinә yetirilmәsi tələb olunub”.
G. Qatilov isə bunları deyib: “Astanada keçirilәcәk növbәti danışıqların nәticәsinә görә Cenevrәdәki Suriya danışıqları martın 20-dәk davam edә bilәr”.
Danışıqların 7-ci günündə müxaliflərlə ikinci dəfə görüşən Birləşmiş Millətlər Təşkilatının Suriya üzrә xüsusi nümayəndəsi Stefan De Mistura isә gәlinәn nöqtәdәn məmnun olduğunu söyləyib.
“Bu gün önəmli bir gün olacaq” – Mistura qeyd edib.