Ramil Usubov təqaüdə göndərdiyi polkovnikə yeni vəzifə verdi

© Photo : REPORTDaxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov - Sputnik Azərbaycan
Abunə olmaq
DİN-in mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb

BAKI, 2 mart — Sputnik. Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb. "Report"un xəbərinə görə, S. Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.

Xəbər lenti
0