CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibə xəbərlərini KİV necə işıqlandırmalıdır?

© musavat.comMüşfiq Ələsgərli
Müşfiq Ələsgərli - Sputnik Azərbaycan
Abunə olmaq
Müşfiq Ələsgərli: “Cəbhə ilə bağlı məlumatların verilməsi lazımdır ki, insanlar nə baş verdiyinin fərqinə varsınlar”

Müşfiq Ələsgərli: “Ermənilər təxribatçı informasiyaları dövriyyəyə buraxırlar. Bizim bəzi KİV-lər də dəqiqləşdirilməmiş informasiyaları yayırlar”
Mətbuat Şurası internet informasiya resurslarına müraciət edib. Şura internet informasiya resurslarını atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumatlarda diqqətli olmağa, dəqiqləşdirilməmiş informasiyaları yaymamağa çağırıb.

Media eksperti Müşfiq Ələsgərli deyir ki, Mətbuat Şurasının müraciətində cəbhə ilə bağlı məlumatların verilməməsi ilə bağlı şərt yoxdur: “Cəbhə ilə bağlı məlumatların verilməsi lazımdır ki, insanlar nə baş verdiyinin fərqinə varsınlar. Mətbuat Şurası gündəlik monitorinqlər apararaq hansı tipli informasiyaların verilməsinə aydınlıq gətirib”.

“Ermənilər təxribatçı informasiyaları dövriyyəyə buraxırlar. Bizim bəzi KİV-lər də dəqiqləşdirilməmiş informasiyaları yayırlar. Belə informasiyaların araşdırılmasına və müvafiq orqanlarla dəqiqləşdirilməsinə ehtiyac var. Eyni yanaşma xarici KİV-lərdə gedən məlumatlara da aiddir. Transmilli KİV-lər müharibələri informasiya baxımından idarə edirlər. Gözümüzün qarşısında baş verən İraq, Əfqanıstan müharibələri, Ərəb ölkələrində baş verən hadisələr buna bariz nümunədir” – deyə o bildirib.

Xəbər lenti
0