Meteohəssas insanlara şad xəbər

© Sputnik / Murad OrujovЛюди на бакинском приморском парке
Люди на бакинском приморском парке - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir

BAKI, 2 mart — Sputnik. Bakıda və Abşeron yarımadasında martın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Günəşli hava - Sputnik Azərbaycan
Hava yağmursuz olacaq

Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.  Havanın temperaturunun gecə 3-7, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Martın 4-ü gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0