BAKI, 2 mart — Sputnik. Britaniya vətəndaşı Con Qrin havadan necə pul qazanmağı öyrənib. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, İsveçrənin Bazel şəhərində yaşayan Con "əsl dağ havası" satışı üzrə biznes açıb. O Alp dağlarının havasını şüşə qablara yığaraq internet vasitəsilə müştərilərə yollayır.
Havanın qiyməti də maraq doğurur: yarımlitrlik şüşə qab sizə 97 dollara başa gələcək. 1 litrlik qab — 167 dollar, 3 litrlik — 247 dollar. Ekoloji təmiz havanı azərbaycanlılar da ala bilər: çatdırılma bütün dünya üzrə baş tutur.
Butulkalar orijınallıq sertifikatı və GPS-koordinatları ilə təchiz edilib. Qrin iddia edir ki, "dünyanın ən yaxşı havasını" təklif edir və bu, hər şeyi olan meqapolis sakini üçün "super-hədiyyə" olacaq.