BAKI, 2 mart — Sputnik. Azərbaycan çempionatının 17 yaşadək futbolçuları arasında “Zirə” – “Neftçi” matçında dava düşüb.
Sputnik Azərbaycan-ın "Report"a istinadən verdiyi məlumata görə, kütləvi insidentin səbəbkarları "Zirə"dən Ramil Məmmədbağırov, “Neftçi”dən isə Mehman Mənsimov olub.
Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. “Zirə” və “Neftçi” klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.