BAKI, 2 mart — Sputnik. 2005-ci il martın 2-də tanınmış jurnalist, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib.
Hadisə geniş ictimai, beynəlxalq rezonans doğurdu.
Prezident İlham Əliyev jurnalistin qətlini ölkədə ictimai-siyasi sabitliyə və söz azadlığına qarşı yönəlmiş addım, demokratik inkişafa vurulmuş zərbə kimi qiymətləndirdi.
Ötən müddətdə istintaq hərəkətləri davam etdirilsə də, Elmar Hüseynovun qətlinin üstü açılmayıb.