Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Azərbaycan BMT-də təmsil olunmaqla öz sözünü deyir”

© Sputnik / Murad OrujovВстреча с журналистами на тему "Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы"
Встреча с журналистами на тему Азербайджано-российский диалог за 25 лет: акценты и перспективы - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatına üzv olmasından 25 il keçir

Tofiq Abbasov: “Azərbyacan BMT-nin platformasından məharətlə istifadə edir”
Azərbaycanın BMT-yə üzv olmasında 25 il ötür. Qeyd edək ki, 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub. BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib.

Politoloq Tofiq Abbasov deyir ki, BMT-yə üzv olmaq tək gözləntilərlə bağlı deyil: “BMT dünyanın ən ali təşkilatıdır. Orada təmsil olunan bütün dövlətlərin öhdəlikləri var. Azərbaycan BMT-də təmsil olunmaqla öz sözünü deyir”.

“Bu elə bir təşkilatdır ki, yaranan problem və çətinliklərlə bağlı bütün nümayəndələr ünsiyyət qurur. Orda təmsil olunmaqla təbii ki, Azərbaycanın da gözləntiləri və əldə olunan nəticələr var var” — deyə o bildirib.

Xəbər lenti
0