CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhərdə kimsədən küçə adı soruşmayın

© Photo : PUBLIC DOMAINŞəkinin qədim küçələrindən biri
Şəkinin qədim küçələrindən biri - Sputnik Azərbaycan
Abunə olmaq
Həm yerli piyadalar, həm də sürücülər ünvanları "filan məhəllə", "filan doqqaz" deyə tanıyırlar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Şəkiyə qonaq gəlsəniz və hansısa bir ünvanı soruşası olsanız, sizə heç kim küçənin adını söyləyərək cavab verməyəcək. Küçə adları yalnız lövhələrdə və sənədlərdə mövcuddur. Hamı qədimdən adlanan məhəllə adlarını işlədir.

© Photo : PUBLIC DOMAINŞəkinin əsas giriş qapısı
Şəkinin əsas giriş qapısı - Sputnik Azərbaycan
Şəkinin əsas giriş qapısı

Həm yerli piyadalar, həm də sürücülər ünvanları "filan məhəllə", "filan doqqaz" deyə tanıyırlar. Bu qədim məhəllələr, həmçinin məhəllələrin adlarının mənası bir çox tarixi məqamlardan xəbər verir. Giləkli, Gəncəli, Yuxarıbaş, Çaqqal dərəsi, Qurdlar, Dırrar, Dəyirmanarxı, Ağvanlar və s.

Tarixçi Məcid Mehrani Sputnik Azərbaycan-a sözügedən məhəllələrin tarixindən danışarkən deyib: "Adətən şəkililər keçmişi, özlərinin ata-babalarından qalan müəyyən qayda-qanunlarını daha çox yaşadan camaatdır. Onlar daha mühafizəkardırlar, köhnədən qalan müəyyən şeyləri olduğu kimi qoruyub saxlamağı çox sevirlər".

© Photo : Facebook / ShekimizŞəkidə küçə
Şəkidə küçə - Sputnik Azərbaycan
Şəkidə küçə

Mehraninin sözlərinə görə, bu məhəllələrin adları türk tayfalarının hansısa qoluna məxsusdur: "Məsələn, "Dümbüllər" tayfasının yaşadığı məhəllə adını dəyişməyib, elə Dümbüllər məhəlləsi olaraq qalır. Şəkinin qədim məhəllərindən "Dodu" məhəlləsi var. "Diriliş" filminə baxsaq, orada Doduların adı çəkilir. Bəzən ailə bir tayfanın içindən ayrılıb, öz ağsaqqalının adını öz nəslinə verib, bir tayfaya çevrilib. Bu psixologiya türklərdə var. Məhz həmin türklərdir ki, soyköklü olduqları aydın şəkildə görünür".

© Photo : Facebook / ShekimizŞəhərin məhəllələrarası yol və döngələrinin demək olar ki, hamısı qədimi qaydada daşla döşənib
Şəhərin məhəllələrarası yol və döngələrinin demək olar ki, hamısı qədimi qaydada daşla döşənib - Sputnik Azərbaycan
Şəhərin məhəllələrarası yol və döngələrinin demək olar ki, hamısı qədimi qaydada daşla döşənib

"Qəznəvilər dövlətinin tərkibində subaşı olan Səlcuqun ailəsi ayrılıb və onun adı ilə Səlcuqlar adlanmağa başlayıb. Sonra bu tayfa böyüyərək bir imperiyaya çevrilib. Ancaq bəzən də elə böyük səviyyəyə çata bilməyib. Kiçik də olsa, ayrılan ailələr olub, öz böyüyünün adı ilə genişlənən tayfalar da olub. Məsələn, Dodu tayfası ola bilsin ki, ilkin ayrılan rəhbərin adı ilə bağlıdır. Bir də "Gəncəlilər" məhəlləsi var ki, Gəncədən bura köçənlər yaşayırlar. İndi bəzi məhəllələrin adı müasir adlar olsa da, şəkililər köhnə adları həmişə qoruyub saxlayıblar" — deyir tarixçi.

© Photo : Etibar HaqlıBu küçəyə şəkililər "Sarı torpaq", yaxud da "Gödək minarənin yanı" deyirlər
Bu küçəyə şəkililər Sarı torpaq, yaxud da Gödək minarənin yanı deyirlər - Sputnik Azərbaycan
Bu küçəyə şəkililər "Sarı torpaq", yaxud da "Gödək minarənin yanı" deyirlər

Müsahibimiz şəkililərin məhəllə adlarını yaşatmaq adətini təqdirəlayiq hesab edir: "Bir də görürsən ki, ədəbazlıqdanmı, eqoistlikdənmi, müasirlikdənmi, bəzi adları qəbul etmirlər, müasirləşdirib başqa ad qoyurlar. Mən buna pis baxıram. Adların dəyişməsi toponimlərin itməsi kimi bir şeydir. Ona görə də, çoxlarının şəkililərin adları qoruyub saxlamaq adətindən nümunə götürməsini istəyərdim".

"Onlar köhnə adları olduğu kimi yaşatmaqdan, qorumaqdan, söyləməkdən utanmırlar. Mən arzu edərdim ki, əksər türk xalqları da köhnəliyi qoruyub saxlasınlar. Türkiyə ərazisində yaşayan türklər öz adlarından başqa, geyimlərində, adət-ənənələrində, bayramlarında da keçmişi qoruyub saxlayırlar. Biz isə Sovet cəmiyyətində yaşamışıq, bizə çox qadağalar olub, qadağaların içərisində də özümüzün olan gözəl adları danmışıq. Yaxud kimsə istehza edir deyə biz onu inkar etmişik" — deyə tarixçi bildirib.

Mehraninin sözlərinə görə, bəzən ədəbiyyatçılar Sovet cəmiyyətinin xoşuna gəlsin deyə, türk xalqına aid olan nəyisə yanlış təhlil ediblər və ya onu istehza hədəfinə çeviriblər: "Belə ədəbiyyatçıların ucbatından yer adları, insan adları tamam dəyişib. Əgər Sovet hökuməti dağılmasaydı, biz öz dilimizi, dinimizi, türkçülüyümüzü itirərdik".

Xəbər lenti
0