3 mart saat 12:00-da "Azərbaycanda baş verən hadisələrin işıqlandırılmasında rusdilli KİV-in rolu" mövzusunda "dəyirmi masa" təşkil olunacaq. Tədbir Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Azərbaycanda və regionda baş verən vacib hadisələrin daxildə yayımı ilə yanaşı, xarici auditoriyaya da obyektiv çatdırılmasına böyük ehtiyac var. Bəs ölkəmizin rusdilli KİV-i bu tapşırığın öhdəsindən necə gəlir?
Dəyirmi Masada iştirak edəcəklər:
— Ümid Mirzəyev — Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini
— Azər Həsrət — Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
— Ayaz Mirzəyev — Beynəlxalq Avrasiya Mətbuat Fondunun icraçı direktoru
— Elçin Hüseynov — "Trend" informasiya agentliyinin baş direktorunun müavini
— Namiq Mayılov — "Region plyus" jurnalının baş redaktoru
— Murad Hüseynov — Bakı mətbuat mərkəzinin nümayəndəsi
Əlaqələr:
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.