BAKI, 2 mart — Sputnik. Liviya sahillərində türk bayrağı altında üzən "Hacı Telli" adlı neft tanker gəmisinə dəniz quldurları hücum edib.
Sputnik Azərbaycan Posta-ya istinadən xəbər verir ki, 5 nəfərdən ibarət quldur dəstəsi gəmiyə qalxaraq 4 nəfəri girov götürüb.
Məlumata görə, gəminin göyərtəsində 11 nəfər olub. Əsir alınanların kimliyi və hansı ölkədən olduqları hələlik məlum deyil.