BAKI, 2 mart — Sputnik. Misirin Kassasiya Məhkəməsi eks-prezident Hüsnü Mübarəkə bəraət verib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb.
Ölkənin ali məhkəmə orqanı keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb.
Bildirilib ki, bu, son qərardır və ondan şikayət oluna bilməz.
Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.