BAKI, 1 mart — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp, içərisində İraqın da olduğu 7 müsəlman ölkəsinin vətəndaşlarına viza verilməsini qadağan edən fərmanda dəyişiklik edib. Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, Tramp yeni qərarla həmin siyahıdan İraqı çıxarıb.
Xəbərə görə, qərarda dəyişiklik olması üçün ABŞ Dövlət Departamenti Trampa təzyiq göstərib. Departmanet İŞİD terror qruplaşması ilə mübarizədə İraqın vacib rol oynamasına diqqət çəkərək Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyib.