CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

© Photo : ADY-nin mətbuat xidmətiNaxçıvan-Məşhəd ssürət qatarı
Naxçıvan-Məşhəd ssürət qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

BAKI, 1 mart — Sputnik. Martın 2-dən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Dəyişiklik qatarın Naxçıvandan yola düşmə və Naxçıvana çatma vaxtlarına şamil ediləcək. Bu barədə Sputnik Azərbaycan-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. 

Belə ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı il ərzində, həftədə bir dəfə Naxçıvandan həftənin cümə axşamı Bakı vaxtı ilə saat 06:44-də (əvvəl saat 06:54-də yola düşürdü) yola düşəcək. Qatar həftənin cümə günü saat 13:15-də (Tehran vaxtı ilə) Məşhəd stansiyasına çatacaq. Elə həmin gün saat 20:15-də Məşhəddən yola düşən qatar həftənin bazar günü saat 04:36-da (əvvəl 04:26-da çatırdı) Naxçıvana çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir. 

Xəbər lenti
0