CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MN: Cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli yazıların dərc edilməsi müşahidə edilir

© Sputnik / StringerМинистерство обороны Азербайджанской Республики
Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: Bu kimi qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır

BAKI, 1 mart — Sputnik. “Hər dəfə cəbhə xəttində vəziyyətin gərginləşdiyi hallarda bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə, cəbhəboyu zonadakı vəziyyətlə bağlı qərəzli, xoşagəlməz yazıların dərc edilməsi və şərhlərin paylaşılması müşahidə edilir".

Bunu son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə şəhidlərimiz, onların ailə üzvləri, ön xətdə xidmət edən hərbi qulluqçular və ümumiyyətlə cəbhəboyu zonadakı vəziyyətlə bağlı yazılanlarla əlaqədar Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. 

Şəhid Aqşin Abdullayev Şəkinin Kiş kəndində torpağa verildi - Sputnik Azərbaycan
Özü şəhidlik zirvəsində, üç övladı vətənə əmanət

"Silahlı Qüvvələrimizin əsgərindən tutmuş generalınadək hər bir şəxs ön xətdə, əmrlə ona tapşırılmış istiqamətdə, səngərdə və mövqelərdədir və bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir.

Orduda, xüsusilə də cəbhədə xidmət edən hərbi qulluqçuların yerdəyişməsi rotasiya qaydasında, mütəmadi olaraq, planlı şəkildə və növbəli surətdə həyata keçirilir.

Şəhidlərin ailə üzvlərinin hisslərinə və ön xətdə xidmət edən hərbi qulluqçuların mənafeyinə toxunan bu kimi qərəzli yanaşmalar düşmən üzərində qələbəmiz naminə görülən işlərə kölgə salır və ümumi məqsədimizə xələl gətirməklə yanaşı, erməni təbliğatının maraqlarına xidmət etmiş olur” — məlumatda bildirilir.

Xəbər lenti
0