Gürcüstan vətəndaşları bu tarixdən Avropaya vizasız gedəcəklər

© Sputnik / Mikhail Mokrushin / Mediabanka keçidСобор Святой Троицы в Тбилиси
Собор Святой Троицы в Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

BAKI, 1 mart — Sputnik. Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb. 

Sənədi Avroparlamentin prezidenti Antonio Tayani və Aİ sədri olan ölkənin — Maltanın nümayəndəsi Kris Agius imzalayıblar. Gürcüstan XİN-i bu hadisə münasibətilə ölkə vətəndaşlarını təbrik edib.  

Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-nə təsadüf edir.

Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.

Xəbər lenti
0