CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yaşanan qorxunc olayın təfərrüatları

© Sputnik / Murad OrujovМногоэтажный дом с двухъярусной мансардой, металлическое листовое покрытие которой снес ветер
Многоэтажный дом с двухъярусной мансардой, металлическое листовое покрытие которой снес ветер - Sputnik Azərbaycan
Abunə olmaq
Güclü külək damı uçurdu, onun hissələri binanın həyətinə, avtomobillərin üstünə, eyvanlara, mənzillərə səpələndi

BAKI, 1 mart — Sputnik. Fevralın 26-da güclü küləyin metal dam örtüyünü uçuraraq avtomobillərin üstünə, pəncərələrə və eyvanlara çırpdığı yaşayış binasının komendantı baş verən qəzanın izini ört-basdır etməyə çalışır. Sputnik Azərbaycan-ın məlumatına görə, fevralın 26-da "Facebook"da Bakıdakı Abbasmirzə Şərifzadə, 196 ünvanında yerləşən binanın sakini tərəfindən çəkilmiş videoçarx yayılıb. Buradan aydın görünür ki, binanın damına vurulmuş metal örtük necə hissə-hissə qoparaq aşağıya, binanın həyətinə və ətrafa səpələnir.

Metal parçaları aşağı düşəndə binanın divarlarına, pəncərələrinə dəyir və həyətdə dayanmış avtomobillərin üstünə düşür. Sakinlər hətta pəncərəyə yaxınlaşmağa qorxurlar ki, növbəti hissə pəncərədən onların mənzilinin içinə düşəcək.

Yeri gəlmişkən, bu insident nəticəsində binanın azı 3 sakini yaralanıb. Bunu sakinlər Sputnik Azərbaycan-ın müxbiri ilə söhbət zamanı bildiriblər. Yaşayış binasının sakinlərinin sözlərinə görə, külək dayanandan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, polisin və digər hakimiyyət orqanlarının nümayəndələri gəlib. Artıq səhər süpürgəçilərə tapşırılıb ki, həyətdəki bütün metal konstruksiyaları toplayaraq qaraja yığsınlar, həyəti şüşə qırıqlarından təmizləsinlər.

© Sputnik / Murad OrujovSakinlərin sözlərinə görə, mansardı 5-6 ay əvvəl tikməyə başlayıblar
Bakıda yaşanan qorxunc olayın təfərrüatları - Sputnik Azərbaycan
Sakinlərin sözlərinə görə, mansardı 5-6 ay əvvəl tikməyə başlayıblar

Bununla yanaşı, yerli mühafizəçilər baş verən hadisəni ciddi şəkildə gizlətməyə cəhd ediblər. Onlar KİV nümayəndəsini inandırmağa çalışıblar ki, həyətdə hadisə baş verən zaman heç kəs yaralanmayıb, həyətdə isə həmin vaxt heç bir avtomobil olmayıb. Onlar hətta yaşayış kompleksinin komendantının adını belə deməkdən imtina ediblər.

Yeri gəlmişkən, hadisə yerinə jurnalistin gəldiyini eşidən komendant öz ofisində gizlənib və jalüzün arxasından "çağırılmamış qonağın" nə vaxt gedəcəyini müşahidə edib. İki saat ərzində o, komendantlığın qapısını açmamaqla öz hərəkətini imitasiya etməyə çalışıb. Əgər o, üzə çıxsaydı, bu suala cavab verməli olacaqdı ki, çoxmərtəbəli binanın çardağında ikihissəli mansard tikmiş naşı ustaları haradan tapıb? Komendant və "Şazi" mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi cavab verməlidir ki, niyə tikintidə təhlükəsizlik normalarına riayət etməyiblər və binanın mansard hissəsinin örtüyünü etibarlı bir şəkildə bərkitməyiblər?!

© Sputnik / Murad OrujovBinanın qarajına yığılmış metal konstruksiyalar
Bakıda yaşanan qorxunc olayın təfərrüatları - Sputnik Azərbaycan
Binanın qarajına yığılmış metal konstruksiyalar

Binanın sakini Nailə Əliyevanın sözlərinə görə, mansardı 5-6 ay əvvəl tikməyə başlayıblar: "Bizə söz vermişdilər ki, mansard qatı tikilib başa çatandan sonra oradakı yaşayış sahələrinin satışından gələn vəsait hesabına bizim mənzillərə texniki pasport verəcəklər və qazı buraxacaqlar".

Əliyeva qeyd edib ki, bütün bazar gününü havada uçan dəmirlərin yaratdığı təhlükədən qorxaraq keçiriblər. Onun sözlərinə görə, hadisədən ən çox üçüncü blokun sakinləri ziyan çəkiblər.

Zərərçəkənlərdən biri bu evin 7-ci mərtəbəsində yaşayan İradə İsayevadır. O bildirib ki, binanın çardağı, təqribən 11.40 radələrində qopmağa başlayıb. Dəmir hissələr qırılıb aşağıya tökülməyə başlayanda binanın sakinləri eyvana qaçıblar.

İsayeva isə bu zaman balkonda paltar sərirmiş: "Gördük ki, dəmir hissələr aşağıda bir neçə avtomobilin üstünə töküldü. Nəticədə maşınların qabaq şüşələri qırıldı. Və mən gözləmirdim ki, damın parçaları uçub bizim pəncərəyə dəyər. Çəkilən videonun 12-14-cü saniyələrinə baxsanız, görərsiniz ki, hissələrdən biri bizim balkona dəydi. Nəticədə balkonun pəncərəsinin şüşələri mənim başıma töküldü".

© Sputnik / Murad OrujovHeç nəyə baxmayaraq, mansardın tikintisi bugün də davam etdirilir
Bakıda yaşanan qorxunc olayın təfərrüatları - Sputnik Azərbaycan
Heç nəyə baxmayaraq, mansardın tikintisi bugün də davam etdirilir

İ. İsayeva eyvandan uzaqlaşa bilsə də, eyvanın pəncərəsi aşaraq mənzilin daxili pəncərəsinə dəyib və onu qırıb. Həmin dəmir parçası evin pərdəsini də qırıb və mebeli zədələyib. İsayeva hematomadan şübhələnərək həkimə müraciət edib. Xoşbəxtlikdən onda qanaxma baş verməyib.

Hadisənin şahidi əlavə edib ki, onun 265 nömrəli mənzildə yaşayan qonşusu da xəsarət alıb. Şüşənin qırıqları onun qolunu elə kəsib ki, təcili yardım çağırmalı olublar. Eyni zamanda, binanın gözətçisi də xəsarət alıb.

"Burada deyirlər ki, mansardın örtüyünü ötən axşam qurublar. Bu, yalandır. Hadisədən 3 gün əvvəl mənim uşağım həyətdə dayəsi ilə oynayırdı. Elə bu vaxt dəmirlərdən biri düz onların qabağına düşdü. Uşaq necə qorxdusa, hələ indiyə qədər özünə gələ bilmir" — deyə zərərçəkmiş bildirib.

Sonda qeyd edək ki, mühafizəçilərin dediyinə görə, bazar günü baş verən hadisədən sonra mansard tikən işçilər dərhal işdən qovulublar. Amma binanın damının tikintisi bu günə qədər başa çatdırılmayıb. İnşaatçılar isə bu günə qədər suallarımızı cavablandırmaqdan yayınırlar. Yəqin onlar çardaqda gizlənərək KİV nümayəndələrinin ümumiyyətlə bu ərazini tərk etmələrini gözləyirlər.

Xəbər lenti
0