BAK1 mart — Sputnik. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında yerləşən beton zavodunda bədbəxt hadisə baş verib. Qaradağ rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə 28 fevral saat 17:10-da olub.
Beton zavodunda sürücü işləyən Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Hümbətov Nurəddin Yaşar oğlu ehtiyatsızlıq ucbatından, işləməkdə olan betonqarışdıran qurğunun içinə düşüb. Qurğu əvvəlcə işçinin əlini, sonra isə bütövlükdə özünü çəkib.
Faktla bağlı araşdırma aparılır. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2 (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.