BAKI, 1 mart — Sputnik. ABŞ Mərkəzi Komandanlığı, Türkiyənin terror təşkilatı olaraq tanıdığı PYD qruplaşmasının İŞİD-ə qarşı vuruşan qadın döyüşçülərinin fotolarını internetdə paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olaraq bilinən PYD mənsublarına təriflər yağdıran Mərkəzi Komandanlıq, sözügedən şəkilləri qurumun rəsmi "Twitter" hesabında yayıb.
— U.S. Central Command (@CENTCOM) 28 февраля 2017 г.
Fotonun aşağısında "Onlar döyüşə hazırdırlar" cümləsi yer alıb. Məsələ ilə bağlı Türkiyədən hələlik rəsmi açıqlama verilməyib.