Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatında aparıcı rola malikdir

© Sputnik / Murad OrucovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: “Bu əməkdaşlıq bölgədə gedən proseslərə təsir etmək məqsədini daşıyır”

İlqar Vəlizadə: “Layihələrin həyata keçirilməsi kifayət qədər mənfəət gətirəcək”
Martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 13-cü Sammiti keçirilib. Azərbaycan prezidenti İlham Əliyev bu sammitdə çıxış edib.

Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycanın bu təşkilata üzv olması təsadüfi deyil: “Azərbaycan ümumiyyətlə bütün regional əməkdaşlıq təşkilatlarında iştirak edir. Bubun əsas səbəbi regionda iqtisadi sahədə baş verən proseslərdə səmərəli iştirak etmək və öz tövhəsini verməkdən ibarətdir. Beləliklə bu, bölgəmizdə gedən iqtisadi-siyasi proseslərdə fəal iştirak etməklə bu proseslərə müəyyən təsir etmək məqsədini daşıyır”.

“İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində gedən proseslər bizim üçün maraqlıdır. Biz 1985-ci ildə yaranan bu təşkilata 1992-ci ildə qoşulmuşuq. Cənubi Qafqazda bu təşkilatın yeganə üzvü Azərbaycandır və əlbəttə ki, Azərbaycan burada aparıcı rollardan birini oynayır. Biz digər təşkilat üzvləri ilə layihələr həyata keçirməkdə maraqlıyıq və çalışırıq ki, təkcə nəqliyyatla bağlı deyil, investisiya, turizm və yüksək texnologiyalarla bağlı layihələr olsun. Bu, həm Azərbaycana, həm Azərbaycanla əməkdaşlıq edən ölkələrə kifayət qədər mənfəət gətirəcək” — deyə o bildirib. 

Xəbər lenti
0