BAKI, 28 fev — Sputnik. Birləşmiş Ştatlar Senatı 79 yaşlı milyarder Uilbur Rossu ticarət naziri vəzifəsinə təsdiqləyib. Sputnik Azərbaycan CNBC-yə istinadən xəbər verir ki, U. Ross seçki kampaniyası ərəfəsində prezident Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri olub.
Qeyd edək ki, Uilbur Ross son olaraq "Bank of Cyprus"un Direktorlar Şurası sədrinin müavini olub.