BAKI, 28 fev – Sputnik. “Onlar ora məni tənqid eləmək, nüfuzdan salmaq üçün yığışmışdılar. Fikirləri ancaq məndə olduqları üçün səhv anons verdilər. Sonraki biabırçılığı da hamı gördü”. Sputnik Azərbaycan “Telegraph”a istinadən xəbər verir ki, bu açıqlamanı ABŞ-ın yeni prezidenti Donald Tramp "Oskar" mükafatı mərasimini şərh edərkən deyib.
"Sənət adamları getdikcə siyasətə daha çox burun soxmağa başlayıb" deyən Tramp, onları öz işlərini görməyə dəvət edib.
— Jimmy Kimmel (@jimmykimmel) 27 февраля 2017 г.
Xatırladaq ki, fevralın 26-sı gecəsi Hollivudda təşkil edilən "Oskar" mərasimi zamanı səhv anons ucbatından anlaşılmazlıq yaşanıb.
“Ən yaxşı film” mükafatı açıqlandığı zaman zərflər qarışıb. Mükafat əvvəl “La La Land” filminə verilib. Ancaq daha sonra səhnəyə mükafatın gerçək sahibi — “Moonlight”ın çəkiliş qrupu çağırılıb.
Mərasimə qatılan sənət adamları ABŞ-ın yeni prezidenti Donald Trampı irqçi siyasət izləməkdə təqsirləndiriblər. Onlar, Trampın müsəlmanlara qarşı ayrı-seçkiliyini qeyri-insani adlandırıblar.