Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Bu çərşənbədə azərbaycanlılar "Ağırlığım, uğurluğum odda qalsın" deyərək tonqalın üzərindən tullanırlar.
Od, tonqal istiliyin olması mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir.