CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya qanunvericiliyinə ciddi dəyşiklik edilir

© Sputnik / Mediabanka keçidМужчины на одной из улиц Баку
Мужчины на одной из улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq

BAKI, 28 fev — Sputnik. Azərbaycanda pensiya sistemində ciddi dəyişikliklər olacaq. Bu barədə Sputnik Azərbaycan Report-a istinadən məlumat verir.

Məlumata əsasən, Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq.

Dəyişiklik layihəsinə əsasən, hakimlərin pensiyaya çıxmaq üçün tələb olunan iş stajının müddəti 5 ildən 15 ilə, prokurorların pensiyaya çıxmaq üçün iş stajı müddəti isə 25 ildən 35 ilə qaldırılır.

Digər dəyişikliyiə görə, əmək pensiyalarının baza hissəsi ləğv olunacaq. Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.

1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonra bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq.

Nəhayət, ən əsası, Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.

Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.

Ümumlikdə layihə 98 dəyişiklikdən ibarətdir.

Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Xəbər lenti
0