BAKI, 28 fev — Sputnik. Dünən axşam saatlarında Oğuz rayonu, Bayan kəndində vətəndaşa məxsus "Oğuz Eli" ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanıb. Fövqladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
"Oğuz Eli"ndə yanğın olub
10:39 28.02.2017 (Yenilənib: 20:53 16.11.2021)
CC0 / LoggaWiggler / FireYanğın
Abunə olmaq
Ailəvi istirahət mərkəzinin ərazisində ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı kotecin dam örtüyünün yanar konstruksiyaları yanıb