Məhəmməd Əlinin oğlu: “Əgər atam həyatda olsaydı Donald Trampın...”

© AP Photo / Chris PizzelloMəhəmməd Əli
Məhəmməd Əli - Sputnik Azərbaycan
Abunə olmaq
Məhəmməd Əli: "2 saat qərəzli suallar verdilər, sonra isə heç bir üzr istəmədən, heç nə olmamış kimi terminalı keçə biləcəyimi dedilər"

BAKI, 28 fev – Sputnik. Əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu (onun da adı Məhəmməddir — red.) 3 gün əvvəl Mayami hava limanında polisin ona qarşı qeyri-insani rəftarından danışıb. Sputnik Azərbaycan bu barədə NBC-yə istinadən xəbər verir.

44 yaşlı Məhəmməd Yamaykadan qayıdarkən hava limanında saxlanıldığını və sırf müsəlman olduğu üçün 2 saata yaxın sorğu-sual edildiyini deyib. Anasının məcbur qalaraq atası Məhəmməd Əli ilə olan şəklini polisə göstərərək terminaldan keçdiyini deyən Məhəmməd, özündə belə bir foto olmadığı üçün polisin onu saatlarla saxladığını bildirib:

“Məndən haradan gəldiyimi və hansı dinə mənsub olduğumu soruşdular. Daha sonra adımın niyə Məhəmməd olduğunu sual verdilər? Cavab verdim ki, atam və anam qoyub. 2 saat qərəzli suallar verdilər, sonra isə heç bir üzr istəmədən, heç nə olmamış kimi terminalı keçə biləcəyimi dedilər”.

Donald Trampın hakimiyyətdə olduğu müddətdə bu cür hallarla tez-tez rastlaşacağını bildiyini deyən Məhəmməd, “amerikalıyam, amma öz ölkəmdə rahat yaşaya bilmirəm” deyə, əlavə edib.

O, sonda deyib ki, atası həyatda olsaydı, keçmişdə olduğu kimi, bu gün də eyni formada irqçiliklə mübarizə apararaq Donald Trampın imzaladağı fərmanlara layiqli reaksiya göstərərdi.

Xəbər lenti
0