CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN konfrans keçirdi

© Photo : FHN“Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib
“Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar konfrans keçirib

BAKI, 28 fev — Sputnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 28 fevral 2017-ci il tarixində “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib. 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilmiş tədbirin keçirilməsində məqsəd mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olub. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin akt zalında baş tutmuş konfransda müvafiq nazirliklərin və dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının və beynəlxalq təşkilatların məsul əməkdaşları iştirak edib.  

© Photo : FHN“Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib
“Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib - Sputnik Azərbaycan
1/3
“Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilib

2/3

3/3

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə respublikamızda Mülki müdafiə qoşunlarının keçdiyi şərəfli yoldan danışaraq dövlət başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildirib. Toplantı iştirakçılarını Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edən nazir müavini FHN tərəfindən təşkil olunmuş elmi-praktik konfransın sözügedən sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb. 

CƏMİYYƏT
FHN Bakının bu məşhur otelində təlim keçəcək

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarxı izlənilib. 

Daha sonra konfransda çıxış edən Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü İslam Musabəyov, FHN Mülki müdafiə qoşunları komandanının müavini, Qərargah rəisi polkovnik Aslan Hüseynov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibinin müavini Səbinə Məhbubi İran, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri İsrail Verdiyev mülki müdafiə işinin təşkili istiqamətində təmsil etdikləri qurumların gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışmış, FHN-in gördüyü işləri yüksək qiymətləndirilib.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov FHN-in əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə konfransa yekun vuraraq bildirilib ki, FHN ölkəmizin coğrafi xüsusiyyətlərini, müharibə şəraitində olduğumuzu nəzərə alaraq mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılması, maddi-texniki bazanın daim yenilənməsi və əhalinin maarifləndirilməsi sahəsində gördüyü işləri bundan sonra da əzmlə davam etdirəcək. O, tədbirə qatıldıqlarına görə məruzəçilərə və konfrans iştirakçılarına təşəkkürünü bildirilib. 

Konfransın sonunda FHN Mülki müdafiə qoşunlarının mülki müdafiə vasitələri nümayiş etdirilib.

Xəbər lenti
0