BAKI, 28 fev – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 13-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitində iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada gedib. Sputnik Azərbaycan-ın məlumatına görə, onun səfərini çoxlu sayda mətbuat mənsubu da təqib edir. Ərdoğanın təyyarəsində yer alan jurnalistlər arasında Star Tv "Ana Xəbər" proqramının aparıcısı Nazlı Çelik də olub.
Sputnik Azərbaycan Yeni Şafak-a istinadən xəbər verir ki, prezidentlə aparıcı arasında göyərtədə maraqlı anlar yaşanıb. Nazlı Çeliyin üzərində siqaret paketi olduğunu görən Ərdoğan ilk öncə ondan paketi özünə verməsini xahiş edib. Prezident daha sonra aparıcıdan siqareti tərgitməsini istəyib.
Bunun üzərinə Nazlı Çelik yazılı formada siqaretini tərk etdiyinə dair Ərdoğana söz verib.