BAKI, 28 fev — Sputnik. Bu gün İlaxır çərşənbələrdən Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəsini vaxtilə bu ərazidə geniş yayılmış atəşpərəstliklə bağlayanlar da az deyil.
Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür — su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. Bu ünsürlərin hər birini bir çərşənbə təmsil edir.